20 noyabr 2022 13:46
376

Platini: Dəvət almamışam, Qətərə getməyəcəyəm

 UEFA-nın keçmiş prezidenti Mişel Platini DÇ-2022 barədə danışıb.

"İki sahil" "L'Equipe"ə istinadən xəbər verir ki, o, Qətərdə keçiriləcək dünya çempionatına getməyəcəyini deyib: “Bir neçə media qurumundan başqa, heç bir dəvət almamışam. Ora getməyə hazırlaşmıram”.

Xatırladaq ki, bu gün start götürəcək DÇ-2022 dekabrın 18-nə qədər davam edəcək.