Bu gün yoxlama oyununda millimizlə qarşılaşacaq Şimali Makedoniya yığması görüşə itkilərlə çıxacaq.
"İki sahil" Şimali Makedoniya mətbuatına istinadən xəbər verir ki, bunlar Boyan Miyovski və Ezqan Alioskidir. Miyovski zədə səbəbindən millimizə qarşı oynamayacaq, Alisoki isə ailəvi məsələlərə görə millinin düşərgəsini tərk edib.
Xatırladaq ki, Şimali Makedoniya - Azərbaycan matçı saat 17:00-da start götürəcək.