19 noyabr 2022 08:44
486

DÇ-2022-nin açılış oyunu italiyalı hakimə həvalə edilib

Turnirin ev sahibləri və ekvadorluların iştirakı ilə Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının açılış matçı italiyalı hakim Daniele Orsatoya həvalə edilib.

“İki sahil” xəbər verir ki, o, dünya çempionatının açılış matçında çalışacaq ilk italiyalı hakim olacaq.

Bu hadisənin tarixdə ilk olmasına baxmayaraq, italiyalılar üç dəfə finalda hakimlik ediblər - 1978-ci ildə Serxio Qonella (Argentina - Niderland), 2002-ci ildə Pyerluici Kollina (Almaniya - Braziliya) və 2014-cü ildə Nikola Ritsoli (Argentina - Almaniya).

Xatırladaq ki, dünya çempionatı Qətərdə noyabrın 20-də başlayır. Qətər və Ekvador turnirin ilk oyununu El Haur şəhərindəki “El Bayt” stadionunda keçirəcək. Orsatonun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.