18 noyabr 2022 00:34
635

İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

Qətərdə noyabrın 20-dən dekabrın 18-dək davam edəcək futbol üzrə 22-ci dünya çempionatının oyunlarını eksklüziv olaraq İctimai TV və Radionun efirindən canlı izləmək mümkün olacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə İTV-dən bildirilib.

Təntənəli açılış mərasimi 20 noyabr 18:45-də başlayacaq.

İlk qarşılaşma - ev sahibi olan Qətər milli komandası ilə Ekvador yığması arasında həmin gün saat 20:00-da keçiriləcək.