"Valensiya"nın futbolçusu və İspaniya millisinin üzvü Xose Luis Qaya zədələnib.
“İki sahil” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 27 yaşlı müdafiəçi məşq zamanı topuq nahiyəsindən zədə alıb. Onun DÇ-2022-də oynayıb-oynamayacağı məlum deyil.
Xəbərdə o da bildirilir ki, Qaya mundialda iştirak edə bilməsə, onu “Barselona”nın müdafiəçisi Alexandro Balde əvəzləyəcək.