Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Canni de Byazinin yetirmələri Moldova ilə yoldaşlıq görüşünə çıxıb.
Son üç matçında qələbələri sıralayan yığmamız uğurlu seriyanı Kişinyovda da davam etdirib. “Zimbru” stadionunda baş tutan qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edən Canni de Byazinin yetirmələri ardıcıl 4-cü qalibiyyətinə sevinib.
Qeyd edək ki, millimiz noyabrın 20-də növbəti yoldaşlıq görüşü çərçivəsində Şimali Makedoniya ilə üz-üzə gələcək.
Yoldaşlıq oyunu
16 noyabr
21:00. Moldova – Azərbaycan - 1:2
Qollar: Nikita Motspan, 90+2 - Emin Mahmudov, 28, Aleksey İsayev, 42
Baş hakim: Denis Şurman (Ukrayna)
***
İlk hissə başa çatdı.
***
42-ci dəqiqədə Aleksey İsayev növbəti qolu meydan sahiblərinin qapısından keçirdi.
***
Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.
28-ci dəqiqədə Emin Mahmudov yığmanı önə çıxarıb
***
Matç başladı.
***
Kişineuda beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək Moldova və Azərbaycan yığmalarını start heyətləri açıqlanıb.
“İki sahil” UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:
Moldova: 1.Dmitri Çelyadnik. 2.Oleq Ryabçuk, 4.İqor Armaş, 7.Artur Yonitse (k), 10.Yevgeni Koçuk, 11.Vitali Damașkan, 13.Mixail Kaymakov, 14.Yuri Yovu, 17.Daniel Dumbravanu, 21.Yoan-Kelin Revenko, 22.Vadim Ratse
Baş məşqçi: Sergey Kleşenko
Azərbaycan: 12.Şahruddin Məhəmmədəliyev, 6.Höccət Haqverdi, 8.Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 15.Bəxtiyar Həsənəlizadə, 18.Anton Krivotsyuk, 19.Elvin Cəfərquliyev, 20.Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22.Aleksey İsayev, 24. Musa Qurbanlı
Baş məşqçi Canni De Byazi
Qeyd edək ki, "Zimbru" stadionunda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.