16 noyabr 2022 14:01
622

Fransalı futbol hakimi 42 yaşında vəfat edib

Fransalı futbol hakimi Yohan Hamel dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, referi 42 yaşında insultdan vəfat edib.

Qeyd edək ki, Yohan Hamel Liqa 1-in oyunlarına təyinat alıb. Ədalət təmsilçisi son olaraq noyabrın 6-da "Lill" və "Renn" (1:1) komandaları arasında baş tutmuş qarşılaşmanı idarə edib.