"Real"ın futbolçusu Toni Kroos televiziyada Qətərdə keçiriləcək dünya çempionatını şərh edəcək.
"İki sahil" "Marca"ya istinadən xəbər verir ki, Almaniyanın MagentaTV telekanalında ekspertlərdən biri olacaq. Yayımlarda onun qardaşı Feliks, Maykl Ballak və Xavi Martinez də iştirak edəcək.
Toni və Feliks turnirin yarımfinal oyunları və finalı şərh edəcəklər.
Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.