15 noyabr 2022 14:58
536

İnfantino onları DÇ-2022-yə görə atəşkəsə səslədi

FİFA prezidenti Canni İnfantino G20 ölkələrinin liderlərini DÇ-2022-yə görə Ukraynada atəşkəsi təmin etməyə çağırıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə G20 ölkələrinin sammitində bildirib. İnfantino deyib: “Rusiya DÇ-2018-ə ev sahibliyi etdi. Ukrayna isə 2030-cu ildə mundiala ev sahibliyi etmək istəyir. Növbəti çempionat çox yaxında başlayacaq. Bununla bağlı sizə bir təklifim var: müvəqqəti atəşkəslə razılaşın. Heç olmasa, bu, DÇ-2022 müddətində, 1 aylıq olsun. Yaxud iki tərəf arasında dialoqa doğru ilk addım atılmalıdır. Mümkün humanitar dəhlizlərin təşkili və ya buna bənzər bir şey haqqında danışıqlar aparılmalıdır".

Həmçinin İnfantino sammitə DÇ-2022 rəsmi topunu özü ilə gətirib. O, çıxışının sonunda naharda iştirak edən G20 liderlərinin hər birindən bunu imzalamağı xahiş edib.

Qeyd  edək ki, G20-yə Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, Böyük Britaniya, ABŞ və Avropa İttifaqı daxildir. 

Əlavə edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.