31 oktyabr 2022 17:47
505

Tuhel: Mənim üçün "Çelsi" hekayəsi tez bitdi

"Çelsi"nin sabiq baş məşqçisi Tomas Tuhel London klubundan istefaya göndərilməsi ilə bağlı danışıb.

“İki sahil” xəbər verir ki, "Sportstar"a müsahibə verən almaniyalı mütəxəssis deyib: “Çelsi"dəki hər günümü sevirdim. Mənim üçün bu hekayə çox tez bitdi, amma heç nəyi dəyişə və sübut edə bilmədim. Hələ gələcəyimlə bağlı qərar verməmişəm. Hazırda Hindistanda istirahət etməkdəyəm. Bəzi klublar menecerimə zəng vururdular. Amma razılaşmışdıq ki, məni burada narahat etməsinlər”. 

Qeyd edək ki, Tuxelin İngiltərə yığmasına baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlər yayılıb.