05 sentyabr 2022 02:15
402

"Borussiya" və "Auqsburq" uduzdu

Almaniya Bundesliqasında 5-ci turun oyunları başa çatıb.

Son oyun günündə Münhenqladbax "Borussiya"sı "Maynts"a minimal hesabla uduzub. 

"Auqsburq" isə "Herta"ya məğlub olub - 0:2.

Qeyd edək ki, turnir cədvəlinə "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Frayburq" 12 xalla liderlik edir. "Maynts" 10 xalla 5-ci, "Borussiya" Münhenqladbax 8 xalla 9-cu, "Herta" isə 4 xalla 13-cüdür.

Almaniya Bundesliqası, 5-ci tur

"Borussiya" (Mühenqladbax) 0-1 "Maynts"

Qol: Martin, 55

Qırmızı vərəqə: İtakura, 53

"Auqsburq" 0-2 "Herta"

Qollar: Lukebakio, 57, Rixter, 90+3

Qol.az