Misli Premyer Liqasında 5-ci tur çərçivəsində "Zirə" "Qəbələ"ni qəbul edib.
“İki sahil” xəbər verir ki, saat 20:30-da start götürən qarşılaşmanın 35-ci dəqiqəsində İsnik Alimi hesabı açıb. “Qəbələ”nin futbolçusu penaltini dəqiq yerinə yetirib. Qarşılaşmanın 45-ci dəqiqəsində Rəhim Sadıxov hesabı bərabərləşdirib. 74-cü dəqiqədə isə R.Sadıxov özünün və komandasının ikinci qolunu vurub – 2-1. Matç bu hesabla da başa çatıb.
Misli Premyer Liqası
5-ci tur
4 sentyabr (bazar)
20:30. “Zirə” 2–1 “Qəbələ”
Qollar: İsnik Alimi, 35-pen.(0:1), Rəhim Sadıxov, 45 (1:1), Rəhim Sadıxov, 74 (2:1)
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Zirə İdman Kompleksinin stadionu