04 sentyabr 2022 11:42
456

Kvaratsxeliya İtaliyada daha bir qol vurub, rekordçu oldu

“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya A seriyasında 4-cü qolunu vurub.

“İki sahil” xəbər verir ki, 21 yaşlı gürcü oyunçu 5-ci turda səfərdə “Latsio”ya qarşı matçda (2:1) komandasının qələbə qolunun müəllifi olub. "“Opta Sport” statistikası səhifəsi yazır ki, bununla da o, “Napoli”də “qol+ötürmə” üzrə rekorda imza atıb və 5 xal toplayıb. 

Xviça A seriyasındakı debüt mövsümünün ilk 5 turunda 4 qol vurub, 1 qolun da ötürməsini edib. Buna qədər klubun tarixində heç bir oyunçu bu nəticəyə nail ola bilməyib.

Qeyd edək ki, "Napoli" hazırda 11 xalla "Milan"la birgə turnir cədvəlinə başçılıq edir.