04 sentyabr 2022 10:51
452

“Frayburq”un baş məşqçisi “Qarabağ”dan danışdı: Yaxşı komandadır

“Mən “Qarabağ”ın oyununa baxmışam. Onlar doğrudan da yaxşı komandadırlar”.

“İki sahil” xəbər verir ki, bu sözləri Almaniyanın “Frayburq” klubunun baş məşqşisi Kristian Ştrayx deyib.

“Fraybuq” dünən Bundesliqanın 5-ci turunda səfərdə “Bayer”ə qalib gələrək (3:2) 12 xalla liderliyə yüksəlib. İndi komanda növbəti görüşünü sentyabrın 8-də Avropa Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində evdə “Qarabağ”a qarşı keçirəcək. 

Alman mütəxəssis bildirib ki, Avropa kuboku onun komandası üçün qeyri-adi turnirdir. Ağdam klubu barədə danışan Ştrayx deyib:

“Mən “Qarabağ”ın oyununa baxmışam. Onlar doğrudan da yaxşı komandadırlar. Fikrimcə, maraqlı oyun olacaq”.

“Bayer”lə oyun haqda da danışan mütəxəssis deyib: “Biz iki qolu standart vəziyyətdən vurduq. Amma  rəqibimizin də qol imkanı çox oldu. Hazırda bizim işlərimiz yaxşı gedir. Birinci yerdə olmaq hazırda məni maraqlandırmır. 5 oyundan 12 xal toplamaq onu deyir ki, işlərimiz müsbət qaydada irəliləyir. Hələ ki, hər şey yaxşıdır. Bəzi oyunlarda bəxtimiz çox gətirib”.

O bildirib ki, indi bütün fikri sentyabrın 8-də “Qarabağ”la keçirəcəkləri Avroliqa matçına yönəlib.