04 sentyabr 2022 00:55
506

Millimiz Moldovanı məğlub edib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik Oyunlarının Avropa zonası üzrə seçmə mərhələsində çıxışını başa vurub.

"İki sahil" xəbər verir ki, 9-cu yer uğrunda qarşılaşmada Moldova yığması ilə üz-üzə gələn komandamız 5:2 hesablı qələbə qazanıb.

Millimizin heyətində Amid Nəzərov (4) və Sabir Allahquliyev fərqləniblər.