Yaşar Vahabzadəni istefaya göndərən "Kəpəz"in yeni baş məşqçisi dəqiqləşib.
“İki sahil” xəbər verir ki, bu barədə Sportal.az saytı məlumat yayıb.
Qeyd edilib ki, Premyer Liqa təmsilçisi Tərlan Əhmədovla razılıq əldə edib. 51 yaşlı mütəxəssis sabah Gəncəyə gedərək "sarı-göylər"lə müqavilə imzalayacaq.
Tərlan Əhmədovun "Kəpəz"dəki köməkçiləri də məlumdur. Belə ki, ona Gəncə klubunun keçmiş futbolçuları Vidadi Rzayevlə Ceyhun Tanrıverdiyev kömək edəcək.