03 sentyabr 2022 22:37
416

"Neftçi" 3 qol vurub 3 xal qazandı

Misli Premyer Liqasında 5-ci turu çərçivəsində "Neftçi" "Sumqayıt"ı qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 19-cu dəqiqəsində Ataa Caber hesabı açıb. 54-cü dəqiqədə isə Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirərək fərqi iki topa yüksəldib. Matçda son nöqtəni 76-cı dəqiqədə Rəhman Hacıyev qoyub – 3-0.

Misli Premyer Liqası

5-ci tur

3 sentyabr (şənbə)

20:30. “Neftçi” 3–0 “Sumqayıt”

Qol: Ataa Caber, 19, Emin Mahmudov, 54 pen., Rəhman Hacıyev, 76

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov

“Bakcell Arena”