03 sentyabr 2022 22:03
440

ÇL: “Beerbaşa” 1/4 finalındakı rəqibi müəyyənləşib

Minifutbol üzrə Azərbaycan çempionu “Beerbaşa”nın Monteneqronun paytaxtı Podqoritsada keçirilən EMF Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu, Bosniya və Herseqovinanın "Sipa" kollektivini penaltilər seriyasında məğlub edən meydan sahibi "Dadi Qradnya" (Monteneqro) komandası olub.

Qeyd edək ki, “Beerbaşa” – "Dadi Qradnya" görüşü sentyabrın 3-də keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun "CBC Sport" telekanalı vasitəsilə canlı göstəriləcək.