03 sentyabr 2022 21:15
477

AVRO-2023: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib.

“İki sahil” xəbər verir ki, D qrupunda yer alan yığma V turda Sloveniyanı qəbul edib.

Bakı Voleybol Mərkəzindəki qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

İlk setdə qonaqlar 25:19 hesabı ilə qalib gəlib. İkinci setdə Azərbaycan yığması bunun əvəzini çıxıb - 25:19. Sloveniya seçməsi üçüncü setdə 25:18, dördüncü setdə isə 25:21 hesabı ilə üsün olub.

AVRO-2023, seçmə mərhələ

D qrupu (qadınlar)

3 sentyabr

18:00. Azərbaycan - Sloveniya - 1:3 (11:25; 25:19; 18:25; 21:25)

Bakı, Voleybol Mərkəzi

Qeyd edək ki, ilk 4 turdan sonra Sloveniya millisi 11 xalla qrupda lideridir. Azərbaycan komandası 9 xalla ikinci, Avstriya 4 xalla üçüncüdür. Xalı olmayan Gürcüstan seçməsi isə sonuncu pillədə qərarlaşıb. Qruplarda ilk 2 yerin sahibləri AVRO-2023-ə vəsiqə qazanacaq.