03 sentyabr 2022 12:30
531

Azərbaycanın iki boksçusu Qazaxıstandakı turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turniri bürünc medalla başa vurub.

Federasiyadan "İki sahil"ə verilən məlumata görə, Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) 3-cü yeri tutub.

Qədirov yarımfinalda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gəlib. Rəqib finala yüksəldiyindən boksçu bürünc mükafata layiq görülüb.

Rəhimov isə özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayıb. Asiyalı mərhələ adladığından Azərbaycan boksçusu fəxri kürsünün üçüncü pilləsinə qalxıb.