İngiltərənin "Everton" klubu yeni transferi gerçəkləşdirib.
"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi "Mançester Yunayted"dən Ceyms Qarnerlə anlaşıb.
21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Qarnerə görə Mersisayd klubu 17,4 milyon avro ödəyib.