02 sentyabr 2022 16:53
471

"Qalatasaray" legioneri ilə yollarını ayırdı

“Qalatasaray” müdafiəçisi Omar Elabdellaui ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Norveçli oyunçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Omar 2020-ci ilin yayından "Qalatasaray"da çıxış edirdi. O, "sarı-qırmızılar"la 20 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.