22 avqust 2022 12:55
837

"ASCO Arena"nın süni ot örtüyü FIFA-nın sertifikatına layiq görülüb

"ASCO Arena"da quraşdırılmış süni ot örtüyü FIFA-nın “Quality Pro” sertifikatına layiq görülüb.

“İki sahil” AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, ali futbol qurumunun verdiyi bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

Qeyd edək ki, daha əvvəl Şamaxı şəhər stadionu da eyni sertifikatı alıb.