"Beşiktaş" Türkiyə Superliqasında 3-cü tur oyununa çıxıb.
"İki sahil" xəbər verir ki, İstanbul klubu "Fatih Karamgümrük"ü qəbul edib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Beşiktaş" - "Fatih Karamgümrük" - 4:1
Qollar: Veqhorst, 17 (1:0), Nkoudou, 34 (2:0), Muleka, 50 (3:0), Dian, 53 (3:1), Rosier, 90 (4:1)
Bu qələbə ilə xalını 7-yə yüksəldən İstanbul təmsilçisi 1-ci pillədə qərarlaşıb.