22 avqust 2022 01:26
627

İPL: "Lids" "Çelsi"ni darmadağın edib

İngiltərə Premyer Liqasında 3-cü turun oyunları keçirilir. 

Bu gün daha üç görüş reallaşıb.

Səfərdə “Lids”lə qarşılaşan “Çelsi” sürpriz yenilgiyə üzülüb. "Tovuzquşular" matçın aşkar favoriti sayılan "zadəganlar"ı darmadağın ediblər.

“Vest Hem” öz meydanında “Brayton”a yenilib. Altı qolun qeydə alındığı “Nyukasl” – “Mançester Siti” oyununda isə son çempion büdrəyib.

Turun mərkəzi görüşü avqustun 22-si "Mançester Yunayted" və "Liverpul" arasında keçiriləcək.

İngiltərə Premyer Liqası
III tur

21 avqust

Lids – Çelsi 3:0
Qollar: Aaronson, 33. Rodriqo, 37. Harrison, 69.

Vest Hem – Brayton 0:2
Qollar: Makallister, 22. Trossard, 66.

Nyukasl – Mançester Siti 3:3
Qollar: Almiron, 28. Uilson, 39. Trippye, 54 – Gündoğan, 5. Holand, 60. Silva, 64.

20 avqust 

Tottenhem – Vulverhempton 1:0
Qol: H.Keyn, 64.

Lester Siti – Sauthempton 1:2
Qollar: Meddison, 54 – Adams, 68; 84.

Everton – Nottingem Forest 1:1
Qollar: Qrey, 88 – Conson, 81.

Kristal Pelas – Aston Villa 3:1
Qollar: Zaha, 7; 58. Mateta, 71 – Uotkins, 5.

Fulhem – Brentford 3:2
Qollar: Rid, 1. Palinya, 20. Mitroviç, 90 – Nerqor, 44. Touni, 71.

Bornmut – Arsenal 0:3
Qollar: Edeqor, 5; 11. Saliba, 54.

22 avqust

23:00. Mançester Yunayted - Liverpul

Fanat.Az