21 avqust 2022 20:48
672

Elmar Baxşıyev: Qarşıdakı matçlarda daha da məzmunlu çıxış edəcəyik

"Hesab bizi aldada bilər. Rəqib meydanda müqavimət göstərirdi".

“İki sahil” xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

42 yaşlı mütəxəssis ağır qarşılaşma olduğunu bildirib: "Qarşıdakı matçlarda daha da məzmunlu çıxış edəcəyik. Mövsüm uzundur. Hələlik avrokuboklar barədə düşünmürük. Bu görüşü təhlil etdikdən sonra növbəti matça hazırlaşacağıq. Hər oyun çətindir. Bu il daha yaxşı komanda görəcəyimizə inanırıq".