21 avqust 2022 03:25
617

"Trabzonspor"u darmadağın etdilər

Türkiyə Superliqasında 3-cü turun oyunları davam edir. 

"İki sahil" xəbər verir ki, son çempion "Trabzonspor" səfərdə "Antalyaspor"la üz-üzə gəlib. Görüşdə ev sahibləri 5:2 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, "Trabzonspor" hazırda turnir cədvəlində 6 xalla 4-cü, eyni xalı olan "Antalyaspor" isə 3-cüdür. 

Türkiyə Superliqası, 3-cü tur

"Antalyaspor" 5-2 "Trabzonspor"

Qollar: Fernando, 14, Vrayt, 40 pen., 90+8, Bayrakdar, 81, 90+6,- Bardi, 45+5, 73

Baş hakim: Volkan Bayarslan

"Antalya" stadionu