21 avqust 2022 01:49
596

"Arsenal"dan böyükhesablı qələbə

İngiltərə Premyer Liasında 3-cü turun oyunları davam edir. 

"İki sahil" xəbər verir ki, "Arsenal" bu dəfə səfərdə "Bornmut"la qarşılaşıb. Görüş London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Arsenal" hazırda turnir cədvəlində 9 xalla liderdir. "Bornmut" isə 3 xalla 14-cüdür.

İngiltərə Premyer Liqası, 3-cü tur

"Bornmut" 0–3 "Arsenal"

Qollar: M.Edeqor, 5, 11, V.Saliba, 54

Baş hakim: Kreyq Peuson

"Vitaliti" stadionu