Çexiyanın paytaxtı Praqada şahmat üzrə qadınlar arasında Avropa çempionatı start götürüb.
Azərbaycanın yarışdakı yeddi təmsilçisindən dördü ilk turu qələbə ilə başa vurub. Digər üç şahmatçımız isə rəqibləri ilə heç-heçəyə razılaşıb.
Avropa çempionatı
I tur
Günay Məmmədzadə – Eliska Riçtrova (Çexiya) 1:0
Ülviyyə Fətəliyeva – Çiara Polterauer (Avstriya) 1:0
Anna-Maya Qazaryan (Niderland) - Gülnar Məmmədova 0,5:0,5
Xanım Balacayeva - İrina Petrova (Ukrayna) 0,5:0,5
Gövhər Beydullayeva – Maritsa Tsirulnik (Ukrayna) 1:0
Oliviya Kiolbasa (Polşa) - Səbinə İbrahimova 0,5:0,5
Olqa Babiy (Ukrayna) – Ləman Hacıyeva 0:1
Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq
Fanat.Az