"Real"dan "Mançester Yunayted"ə keçən Kazemiro Madrid təmsilçisi ilə vidalaşıb.
"İki sahil" xəbər verir ki, o, öz tviter hesabında etdiyi paylaşımda yazıb:
"Təsəvvür edə biləcəyim ən maraqlı hekayəni yaşadım. Ümid edirəm ki, bu kluba qayıdacağam. Minlərlə həyatım olsa, yenə də "Real"ıunuda bilməyəcəyəm. Mənə verdiyiniz hər şey üçün təşəkkür edirəm!".
Qeyd edək ki, Kazemiro 2013-cü ildən "Real"da oynayırdı. "Mançester Yunayted" ötən gün futbolçu ilə razılığa gəldiklərini rəsmən açıqlayıb. Tərəflər yaxında müqavilə imzalayacaqlar.