20 avqust 2022 10:28
592

Voleybol millilərimiz seçmə mərhələdə oyun keçirəcək

Azərbaycanın voleybol milliləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarından sonra Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəklər.

“İki sahil” xəbər verir ki, İslamiadanın bürünc medalçısı olan qadın millimiz bu gün seçmə mərhələdə ilk matçına çıxacaq. Rəqib qonşu Gürcüstan yığması olacaq. Oyun Bakıdakı Voleybol Mərkəzində baş tutacaq.

Kişi millimiz isə AÇ-nin təsnifat mərhələsində 3-cü matçına çıxacaq. Azərbaycan millisi ilk iki matçında Bakıda rəqiblərinə uduzub. Bu dəfə rəqib Bakıda 1:3 hesabı ilə uduzduğu Danimarka millisi olacaq. Oyun Danimarkanın Midlfart şəhərində keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi (qadınlar)
18:00 Azərbaycan – Gürcüstan

Avropa çempionatının seçmə mərhələsi (kişilər)
21:00 Danimarka – Azərbaycan