19 avqust 2022 00:35
646

Artyom Dzyuba "Adana Demirspor" klubuna keçib

Rusiya millisinin futbolçusu Artyom Dzyuba Türkiyənin "Adana Demirspor" futbol klubuna keçib.

“İki sahil” Türkiyə KİV-nə istinadla xəbər verir ki, 33 yaşlı hücumçu Adana təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Artyom Dzyubanın son klubu ölkəsinin "Zenit" komandası olub. Təcrübəli futbolçu son mövsümdə 13 qol vurub.