18 avqust 2022 20:33
542

Azərbaycan karateçisi İrina Zaretska İslamiadanın ikiqat qalibi olub

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) V İslam Həmrəyliyi Oyunlarının kumite yarışlarında qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki,  təmsilçimiz ikinci dəfə İslamiadanın qalibi olub. Belə ki, karateçimiz 2017-ci ildə Bakıda keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Millimizin digər üzvü Pənah Abdullayev isə (84 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib.