18 avqust 2022 19:48
593

Azərbaycan kikboksçuları V İslamiadada fərqləniblər FOTO

Azərbaycan kikboksçuları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında fərqləniblər.

“İki sahil” xəbər verir ki,  dünya çempionu Anar Məmmədov (low kick, 57 kq) finalda Türkiyə idmançısı Hatip Emlekə qalib gəlməklə İslamiadanın qalibi olub.

Digər dünya çempionu Ramal Aslanov (low kick, 75 kq) finalda Türkiyə kikboksçusu Ünal Alkayışa uduzub.

Saqi Salehli (full contact, 75 kq) isə finalda Mahmud Xayotova (Özbəkistan) uduzaraq gümüş medalla kifayətlənib.