Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazanıb.
“İki sahil” xəbər verir ki, Fərid Ağamoğlanov (Full kontakt 63,5 kq) İslamiadanın qalibi olub.
Finalda uduzan Camal Məmmədov (Full kontakt, 54 kq) gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bununla da Azərbaycanın İslamiadada qazandığı qızıl medalların sayı 27-yə çatıb.