Kişilərdən ibarət 3x3 basketbol növü üzrə yığma komandamız İslam Həmrəylik Oyunlarının 1/2 final mərhələsində İran komandası ilə qarşılaşıb.
“İki sahil” xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət 3x3 basketbol yığmamız, gərgin keçən oyundan yekunda 21-17 hesablı qələbə ilə ayrılıb.
Bu qələbədən sonra millimiz İslamiadanın final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, yığmamızın finaldakı rəqibi Seneqal komandası olacaq.