17 avqust 2022 20:07
595

Azərbaycan güləşçisi dünya çempionu oldu

Azərbaycan güləşçisi Cəbrayıl Qadjıyev dünya çempionu olub.

“İki sahil” xəbər verir ki,  o, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə U-20 dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadjıyev finalda yapon idmançısı üzərində tuşe ilə qələbə qazanıb.