17 avqust 2022 19:20
646

İslamiada: Azərbaycanın qadın basketbol yığması finala yüksəlib

Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

“İki sahil” xəbər verir ki, yığma yarımfinalda Özbəkistan seçməsi ilə qarşılaşıb. Görüşə sürətli başlayan Azərbaycan basketbolçuları yekunda 16 - 6 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, milli komanda finalda Mali yığması ilə üz-üzə gələcək. Oyun bu gün Bakı vaxtı ilə saat 21.10-da başlayacaq.