Azərbaycanın qadın cüdo millisi V İslam Həmrəyliyi Oyunlarında üçüncü yeri tutub.
“İki sahil” xəbər verir ki, Türkiyənin Konya şəhərində keçirilən yarışda bürünc medal uğrunda Qırğızıstan yığması ilə mübarizə aparan Azərbaycan millisi rəqib komandanı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.