17 avqust 2022 13:31
681

Futzal millilərimizə oyunçu axtarılır

17 və 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandalarının formalaşdırlması üçün seleksiya xarakterli məşqlər keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, həftədə 3 dəfə baş tutan məşq prosesində U-17 üçün 2006-2007, U-19 üçün 2004-2005-ci il təvəllüdlü oyunçular baxışa dəvət olunub.

Qeyd edək ki, U-19 yeni mövsümdə Yüksək Liqada, U-17 isə Birinci Liqada iştirak edəcək.