17 avqust 2022 07:46
677

Bu gün “Qarabağ” “Viktoriya” ilə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” (Azərbaycan) və “Viktoriya” (Çexiya) klubları arasında oyun keçiriləcək.

“İki sahil” xəbər verir ki,  qarşılaşma saat 20:45-də start götürəcək. Matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Qeyd edəl ki, komandalar arasındakı cavab qarşılaşması avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.