Şükürlər olsun ki, Vətənə qızıl medalla qayıtdım. Finalda qırğızıstanlı güləşçi ilə qarşılaşdım. Hakimlərin haqsızlığı ilə üzləşdim, lakin sonda qələbə qazana bildim.
"İki sahil" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında V İslam Həmrəyliyi Oyunlarının yunan-Roma güləşi üzrə qızıl medalının sahibi Həsrət Cəfərov söyləyib.
“Vətənə qalib olaraq qayıtmaq, çox gözəl hisslər yaradır. İyirmi gündən sonra Belqradda dünya çempionatı keçiriləcək. Bundan sonra bu çempionata hazırlaşacağıq”, - deyə güləşçimiz qeyd edib.