Azərbaycan cüdoçusu Telman Vəliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
“İki sahil” xəbər verir ki, 73 kq-da çıxış edən idmançı qırğızıstanlı Çingizxan Saginaliyevi sınağa çəkib.
Rəqibinə qızıl xal bölümündə cərimə xalı ilə qalib gələn Vəliyev 3-cü yeri tutub.