15 avqust 2022 00:41
668

Azərbaycanın voleybol yığmalarının medal görüşlərindəki rəqibləri bəlli olub

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.

“İki sahil” xəbər verir ki, yarımfinalda İran yığmalarına məğlub olan qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları avqustun 15-də bürünc medal uğrunda mübarizə aparacaqlar.

Kişilərdən ibarət yığmamız üçüncü yer uğrunda görüşdə Türkiyə kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Qadın voleybolçulardan ibarət milli isə bürünc medal uğrunda matçda Kamerunu sınağa çəkəcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 14:00-da veriləcək.

İslam Həmrəyliyi Oyunları

Bürünc medallar uğrunda görüş
15 avqust
(Kişilər)

11:00. Türkiyə - Azərbaycan

(Qadınlar)
14:00. Azərbaycan - Kamerun

Komandalarımıza uğurlar arzu edirik.