Bu gün Azərbaycan Premyer Liqasında 2-ci turu çərçivəsində “Neftçi” “Kəpəz”ı qəbul edib.
“İki sahil” xəbər verir ki, matç bakılıların üstünlüyü ilə başlayıb.
Qarşılaşmanın 11-ci dəqiqəsində Solomon Kvirkveliya topu gəncəlilərin qapısından keçirib. Bir dəqiqə sonra isə Emin Mahmudov “Kəpəz”i məkəzdən başlamağa məcbur edib – 2-0. Oyunun 15-ci dəqiqəsində Kenni Sayef komandasınıln 3-cü qoluna imza atıb – 3-0. Matçın 51-ci dəqiqəsində Eddi İsrafilov hesab arasındakı fərqi 4 topa yüksəlsə də 57-ci dəqiqədə Abdullahi Şuaybu fərqi 3 topa endirib – 4-1. 89-cu dəqiqədə isə Yeqor Boqomolski yenidən fərqi 4 topa yüksəltsə də 90+3-cü dəqiqədə Nicat Süleymanov fərqi yenidən azaldıb – 5-2.
Qarşılaşma bu hesabla da başa çatıb.
14 avqust (bazar)
20:30. “Neftçi” 5-2 “Kəpəz”
Qollar: Solomon Kvirkveliya, 11 (1:0), Emin Mahmudov, 12 (2:0), Kenni Sayef, 15 (3:0), Eddi İsrafilov, 51 (4:0), Abdullahi Şuaybu, 57 (4:1), Yeqor Boqomolski, 89 (5:1), Nicat Süleymanov, 90+3 (5:2)
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
“Bakcell Arena”