14 avqust 2022 21:54
651

İslamiada: Qadınlardan ibarət basketbol yığmamız 1/4 finala yüksəlib

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 1/4 final mərhələsinə yüksəlib. 

“İki sahil” xəbər verir ki, C qrupunda qərarlaşan yığma ikinci görüşündə Qırğızıstan seçməsi ilə üz-üzə gəlib. 

Qarşılaşma Azərbaycan komandasının 21:4 hesablı qələbəsi ilə bitib. Qrupu lider tamamlayan milli 1/4 final mərhələsinə vəsiqəni təmin edib. 

 Qeyd edək ki, yığma bu raundda Qətərlə görüşəcək.