29 may 2022 13:37
902

Tamblinqçimiz dünya kubokunda gümüş medal qazanıb

İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışı keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Qeyd edilib ki, yarışda ölkəmizi təmsil edən yığma komandamızın üzvü Mixail Malkin tamblinq üzrə yarışlarda gümüş medala sahib olub.

Finalda mübarizə aparan komandamızın digər üzvü Tofiq Əliyev isə altıncı pillədə qərarlaşıb.