Bakının “Zirə” futbol klubu Brayan Alseusla yollarını ayırıb.
"İki sahil" klubun saytına istinadən xəbər verir ki, haitili yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Zirə” B.Alseusa kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, futbolçu bu ilin yanvarında “Zirə” ilə 2,5 illik müqavilə imzalamışdı.
“Bavariya” səfərdə “Şalke 04” ilə üz-üzə gəlib, görüş qolsuz heç-heçə ilə başa çatıb