UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Qazaxıstan millsi daha bir itki ilə üzləşib.
"İki sahil" Qazaxıstan FutboL Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Tobol"un futbolçusu Aybar Jaksılıkov dizindəki zədə səbəbindən heyətdən çıxarılıb. 25 yaşlı hücumçunu Rusiya "Rotor"unun forvardı Aleksey Şetkin əvəzləyəcək.
Qeyd edək ki, iyunun 3-də Nur-Sultanda Qazaxıstan millisini qəbul edəcək.
Xatırladaq ki, daha əvvəl Qazaxıstan millisinin futbolçularından Azat Nurqaliyev, Nurlan Dairov və Oralxan Omirtaye da zədələnmişdi.
“Bavariya” səfərdə “Şalke 04” ilə üz-üzə gəlib, görüş qolsuz heç-heçə ilə başa çatıb