19 may 2022 13:45
822

Mbappe Fransanın ən yaxşısıdır

Fransa Liqa 1-də 2021/2022 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məluat yayıb. Mövsümün ən yaxşısı PSJ-nin hücumçusu Kilian Mbappe olub. 23 yaşlı forvard ardıcıl 3 ildir ki, bu mükafatı alır. 

Xatırladaq ki, Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 45 matçda 36 qol vurub və 26 qolun ötürməsini verib. Onun klubla müqaviləsi iyunun 30-da başa çatacaq.